MCP Azərbaycan xalqını təbrik edir

Əziz həmvətənlər!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni İl münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Bu əlamətdar gün dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların milli birlik, həmrəylik və ortaq dəyərlər ətrafında birləşməsinin rəmzidir. Güclü Azərbaycan ideyası məhz bu birlikdən, xalqımızın iradəsindən və gələcəyə olan inamından doğur.
Milli Cəbhə Partiyası olaraq arzu edirik ki, yeni il xalqımıza firavanlıq, əmin-amanlıq, sosial ədalət və xoşbəxtlik gətirsin. Azərbaycan xalqı daha güclü, daha müstəqil və daha birlik içində olsun. Dünyanın bütün guşələrində yaşayan soydaşlarımızın səsi, sözü və iradəsi daim bir olsun.
Yeni ilin bütün dünyaya sülh, sabitlik və qarşılıqlı anlayış gətirməsini diləyir, münaqişələrin deyil, dialoqun və ədalətin qalib gəlməsini arzulayırıq.
Qoy 2026-cı il Azərbaycan xalqı üçün ümidlərin gerçəkləşdiyi, milli həmrəyliyin daha da möhkəmləndiyi bir il olsun.
Bayramınız mübarək olsun!
