Xəbərlər
MCP xalqımızı təbrik edir – KƏLBƏCƏR günü

Bu gün – 25 noyabr Kəlbəcər Şəhəri Günüdür.
Milli Cəbhə Partiyası Kəlbəcər şəhərinin işğaldan azad olunması münasibətilə mərd, qürurlu Azərbaycan xalqını, kəlbəcərliləri ürəkdən təbrik edir.
Bu gün xalqımızın birliyi, Ordumuzun şücaəti və dövlətimizin qətiyyətinin parlaq təcəssümüdür. Azad edilmiş Kəlbəcər torpaqları artıq təhlükəsizlik, inkişaf və gələcəyə inamın rəmzinə çevrilib. Bu uğur naminə canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə sağlamlıq və uzun ömür arzulayırıq.
Dövlətimiz daim güclü olsun, üçrəngli bayrağımız hər zaman uca zirvələrdə dalğalansın!