Xəbərlər

Məmurlara görə vətəndaş problemini özü ilə qəbrə aparır – Ehtiram Mehtiyev

İnsanların problemləri çoxdur. İşsizlik, əlillik, torpaq, mülküyyət və məhkəmə. Bu problemlərlə bağlı hər gün “qapımız” döyülür. Hər kəs böyük ümidlə kömək istəyir. Hər gün onlarla vətəndaşı qəbul edib, problemlərini dinləyirik. Qanunun tələblərinə uyğun olaraq hər bir müraciətə həssaslıqla yanaşır, həlli üçün əlimizdən gələni edirik. Onların müraciətlərini hazırlayıb aidiyyatı üzrə müvafiq dövlət qurumlarına göndəririk. Göndərdiyimiz müraciətlərə müsbət cavablar da gəlir, əvvəlcədən hazırlanmış şablon cavablar da. Biz bu ənənəni yorulmadan, usanmadan hər gün davam etdiririk. Bir sözlə fəaliyyətimiz vətəndaşların hüquqlarını müdafiə etməklə yanaşı, həm də dövlət qurumları arasında körpü rolu oynamaqdır.

Bunu Milli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev deyib. Deputat kömçisi hər müraciəti hazırlayarkən bir sualın onu narahat etdiyini bildirib:

“Hər müraciəti hazırlayanda bir sual məni narahat edir. Görəsən, vətəndaş birbaşa həmin qurumla özü əlaqə saxlaya bilməz? Həmin nazirliklərdə və dövlət idarələrində vətəndaşı qəbul edib, problemlərini dinləyə bilməzlər? Axı bu qədər əlçatmaz fəaliyyət göstərmək nəyə lazımdır? Kabinetlərinə gizli gəlib, gizli çıxırlar ki, birdən vətəndaş görər, nəsə xahiş edər. Məhz belə səriştəsiz məmurlara görə vətəndaş problemini özü ilə qəbr evinə qədər aparır.

Sizi o vəzifəyə təyin edən ölkə başçısı sizin qədər əlçatmaz deyil. Prezident İlham Əliyev dəfələrlə vətəndaşlarla birbaşa əlaqədə olur, onları dinləyir.

Bu gün vətəndaş rahat şəkildə bizimlə əlaqə saxlayıb, dərdini danışa və görüşə bilər. Milli məclisin deputatı, Milli Cəbhə Partiyasının başqanı Razi Nurullayev parlamentdə, partiyanın qərargahında, yolda, rayonda demək olar ki, vətəndaşla qarşılaşdığı hər yerdə onları qəbul edir, problemlərini dinləyir. Vətəndaşla dövlət məmuru arasında xüsusi bir sərhəd olmamalıdır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu