Xəbərlər

Məktəbi dövlət idarəsi, müəllimi zavod fəhləsi… – TƏNQİD

“Nazir Emin Əmrullayevin son çıxışları bir daha göstərdi ki, onun nə təhsilə mənəvi bağlılığı var, nə də bu sahəyə peşəkar münasibəti”.

Milli Cəbhə Partiyasının başqan müavini, hüquqşünas Vüqar Dadaşov Sosdem.az-a açıqlamasında Azərbaycan təhsilindəki vəziyyəti kəskin tənqid edib.

Ekspert ölkədə təhsil idarəçiliyinin öz mahiyyətindən uzaqlaşdığını bildirib:

“Məktəbi dövlət idarəsi, müəllimi isə zavod fəhləsi kimi görən yanaşma təhsilin ruhunu dağıdır. Müəllimi səhər 9-dan axşam 6-ya ofis işçisi kimi masa arxasında oturtmaq təhsil deyilən anlayışa ən böyük hörmətsizlikdir. Bu gün məktəblər tədris ocağı yox, formal geyimlərin, şəkil çəkdirmə tədbirlərinin nümayiş etdirildiyi səhnəyə çevrilib. Elmin yerini görüntü, müəllimin yerini isə inzibati basqı tutub.”

Başqasn müavini sertifikatlaşdırma prosesini ədalətsiz və məntiqsiz adlandırarıb:

“Nazirlik müəllimi beş ildən bir imtahana çəkir, amma sual verirəm: əgər dövlətin verdiyi diplom dövlətin öz təsdiqidirsə, niyə bu diplomlara inanmırsınız? Əgər öz diplomunuzu etibarsız sayırsınızsa, deməli problem müəllimdə yox, o diplomu verən sistemdədir. İkinci məsələ: müəllimi imtahana çəkirsiniz, bəs məmurları niyə yoxlamırsınız? 20-30 il kresloda oturan, qərar verən, imza atanlar niyə imtahan vermir? Əgər ədalətdən danışırıqsa, bu proses ilk növbədə sistemi idarə edənlərdən başlamalıdır.”

MCP rəsmisi ölkədə yalnız təhsildə deyil, digər sahələrdə də savadsız kadr siyasətinin hökm sürdüyünü deyib:

“Bu gün təkcə Təhsil Nazirliyi yox, Əmək və Sosial Müdafiə, Kənd Təsərrüfatı və başqa qurumlar da ixtisasına uyğun olmayan rəhbərlərlə doldurulub. Kənd Təsərrüfatı Nazirliyində ixtisasca aqronom olan rəhbər çətin tapasan. Dabaq xəstəliyinə “peşəkar yanaşma” adı ilə yüzlərlə kiçik fermerin mal-qarası məhv edilib və nəticədə monopoliyalar yaradılıb. Eyni zamanda Maliyyə Nazirliyinin “qənaət” adı ilə xadimə, gözətçi, bağban kimi 400-500 manat maaş alan insanların ştatlarını ləğv etməsi, amma öz içində minmanatlıq müşavir ordusu saxlaması riyakarlığın ən yüksək formasıdır. Dövlət idarəçiliyində hərşeyşünas rəhbərlər yox, ixtisaslı peşəkarlar olmalıdır. Az bacarıqlı bir mütəxəssis belə indiki qeyri-peşəkar idarəçilərdən qat-qat faydalıdır.”

Bir cavab yazın

Back to top button