Xəbərlər

“Keşlə bazarı” hələlik sökülməyəcək – Deputat sevindi

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev “Keşlə” bazarının sökülməsinin təxirə salındığını və buna görə çox sevindiyini bildirib.

Deputat bunun bayramqabağı bazarda çalışanlar üçün çox önəmli, sevindirici olduğunu vurğulayıb:

“”Keşlə” bazarının sökülməsi 1 fevral tarixinə qədər təxirə salınıb. Çox sevindim, həqiqətən ciddi narahatlıq keçirirdim.

Çünki, yeni il qabağı orada işləyən insanlar ciddi zərərlə üzləşəcəkdi. Ciddi gərginlik vardı.

Bu qərara görə aidiyyatı qurumlara təşəkkürümü bildirirəm. Bu orada işləyən insanlar üçün əsl bayram hədiyyəsi oldu”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu