Xəbərlər

Kənddə inkişaf etməyəcək, Bakıda isə… – Deputat istedadlı gənclərə yardım istəyir

Kənddə inkişaf etməyəcək, Bakıda isə… – Deputat istedadlı gənclərə yardım istəyir

Mehdi Həsənovun 15 yaşı var. İstedadlı gəncdir. Muğam ifaçısıdır, cüdo üzrə də ikinci, üçüncü yer qazanıb, yaxşı rəssamlıq qabiliyyəti də var.

Bu istedadlı gənci qəbul edən MCP sədri, deputat Razi Nurullayev onun qayğılarına diqqət çəkərək bildirib ki, Mehdi kimi istedadlı gənclərə hər kəs dəstək olmalıdır:

“Doğurdan da istedadlıdır. Bir vaxtlar Ermənistan prezidenti Sərkisyana cavabı ilə sosial şəbəkələrin fenomeninə çevrilmişdi. Universal istedada sahibdir. Amma muğam ilə davam etmək istəyir.

Rayonda evləri olsa da atası ilə Bakıda kirayədə qalır. Çünki, kənddə inkişaf edə bilməyəcək.

Əlimdən gələni edəcəm ki, yoluna aça bilim, amma istedadlı gənclərə gərək hər kəs kömək olsun. Belə başa düşdüm ki, onlar üçün Bakıda yaşamaq və uşaq oxutmaq asan olmayacaq. Araşdıracam görək, istedadlı uşaqlar üçün dövlət tərəfindən hansı imtiyazlar və köməklik nəzərdə tutulub?”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu