Xəbərlər

İvanişvili Gürcüstanı 90-cı illərə sürükləyir… – Ekspert

“Gürcüstanın yeni patriarxı Üçüncü Şio öz fəaliyyətinə ölkədə dini və millətlərarası nifaq yaradan, etnik ayrı-seçkilik xarakterli təhlükəli açıqlamalarla başlayıb. Patriarxın Gürcüstanda yaşayan digər xalqların sayının artmasından və İslam dininin inkişafından “narahatlıq” ifadə etməsi, cəmiyyətdə milli harmoniyaya vurulan ağır zərbədir. Birliyin rəmzi olmalı olan bir dini liderin çıxışları, təəssüf ki, regionda gərginlik yaradan əsas amilə çevrilir”.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə Gürcüstan kilsəsindəki son rəhbərlik dəyişikliyi və bunun siyasi fəsadlarını şərh edərkən bildirib.

Azərbaycanlılara qarşı gizli hədəf və “Gürcü Arzusu”nun rolu

Politoloq qeyd edib ki, bu bəyanatların arxasında birbaşa rəsmi Tbilisinin yürütdüyü siyasət dayanır:

“Gürcüstanda azərbaycanlılar ölkənin ən böyük etnik azlığıdır. Bu baxımdan, Üçüncü Şionun açıqlamaları dolayısı ilə soydaşlarımıza və İslam dininə qarşı yönəlmiş bir təhdiddir. Mövcud yanaşma Gürcüstan cəmiyyətində parçalanma riskini kritik həddə çatdırır. ‘Gürcü Arzusu’ hökumətinin son dövrlərdə ölkədəki digər millətlərə münasibətdə sərgilədiyi diskriminativ siyasət də kilsənin bu cür cəsarətlənməsinə münbit zəmin yaradır”.

İvanişvilinin Moskva narrativləri və Avropanın sanksiya silləsi

MCP rəsmisi vurğulayıb ki, Gürcüstanın daxili sabitliyinin pozulması birbaşa Kremlin regional maraqlarına xidmət edir:

“Avropa İttifaqının Gürcüstan hakimiyyətinə qarşı tətbiq etdiyi sanksiyalar, rəsmi Tbilisinin bu təhlükəli siyasətinə qarşı qlobal reaksiyadır. Gürcüstanın de-fakto lideri Bidzina İvanişvili ölkəni tamamilə Rusiyanın narrativləri ilə idarə edir və cəmiyyəti 1990-cı illərin xaotik, etnik qarşıdurma mühitinə qaytarır. Moskva bu qeyri-sabitlikdən faydalanaraq regionda öz təsirini rəsmiləşdirmək istəyir ki, bu da Cənubi Qafqazda ümumi etimadsızlığı artırır”.

Bir cavab yazın

Back to top button