Xəbərlər

İsrail və BƏƏ-nin İrana qarşı məxfi hərbi planı… – Ekspert

“ABŞ və İran arasındakı atəşkəs rejimindən sonra Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) regionda hərbi balansları dəyişən kəskin addımlar atır. BƏƏ İsrail hərbçilərini və kəşfiyyatını öz ərazisində yerləşdirir, həmçinin ABŞ hərbi texnikası və qırıcılarının fəaliyyətinə yenidən yaşıl işıq yandırır. Bu addımlar birbaşa İrana qarşı yeni hərbi əməliyyatlara hazırlıq xarakteri daşıyır”.

Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edib ki, rəsmi Tehran bu gedişatlara qarşı preventiv cavab addımları atmağa başlayıb və artıq BƏƏ ərazisini hədəf alır:

“İranın hazırkı hərbi-siyasi kursu ‘əgər qonşu dövlət öz ərazisini düşmənimin istifadəsinə verirsə, onun həyatda qalmaq şansı yoxdur’ prinsipinə söykənir. Hazırda İranda tam hakimiyyət SEPAH komandanı General Əhməd Vahidinin əlində cəmləşib. Lakin bu idarəçilik ölkəni daha böyük bir burulğana sürükləyir. ABŞ-la danışıqlar və anlaşma yolu deyil, böhran və qarşıdurma yolunun seçilməsi İranın növbəti mərhələdə tam dağıdılması ilə nəticələnə bilər”.

MCP rəsmisinin fikrincə, regionda lokal toqquşmalar artıq başlayıb:

“Hörmüz boğazı uğrunda müharibə artıq lokal müstəvidə alovlanıb. ABŞ hələ ki, genişmiqyaslı müharibədə maraqlı görünməsə də, İsrail və BƏƏ-nin İrana qarşı tamamilə yeni və birgə hərbi planı mövcuddur. SEPAH-ın qonşulara qarşı yürütdüyü uzunmüddətli terror siyasəti və seçilən gərginlik kursu bölgəni geri dönüşü olmayan bir nöqtəyə gətirib”.

Bir cavab yazın

Back to top button