Xəbərlər

İslam incəsənəti inkar edir? – DİNŞÜNAS

“Musiqini haram hesab edən, mədəniyyətə, incəsənətə, ədəbiyyata xor baxan adamı nəinki müsəlman, heç insan hesab etmək olmaz. Çünki bu dəyərlərdən uzaq olanlarda ülvi insani hisslər yox, neqativ heyvani hisslər daha çox inkişaf edir”.

Bunu Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan deyib.

“Musiqiçilərin, şairlərin, ədiblərin toplaşaraq terr@or təşkilatı qurub kütləvi cinayətlər törətdiyini gördünüzmü heç? Tarixdə bunun bircə nümunəsi yoxdur. Amma musiqiyə, şeiriyyata, incəsənətə haram deyib baş kəsən, qan tökənləri çox gördünüz. Ona görə ki, həmin şəxslər adamı insan edən bu dəyərlərdən özlərini təcrid etdikləri üçün psixoloji, mənəvi cəhətdən kasad qalmış daxili aləmlərində kin, qəzəb, nifrət, hikkə, qəddarlıq bəsləyiblər.

Musiqidən, kinodan, teatrdan, klassik musiqidən – simfoniyadan, aşıq yaradıcılığından uzaq olan, ədəbiyyatdan uzaq olan və cəmiyyətə də bunu rəva görənlər ruhsuz bədən və müqəvva kimidirlər. Əgər bunu da Allahın adına bağlayıb, guya insanlığa bu dəyərlərdən uzaqlaşmağı Yaradanın əmr etdiyini iddia edənlər əsl şarlatanlardır!”, – dinşünas əlavə edib.

Ekspert qeyd edib ki, musiqidən, teatrdan, mədəniyyətdən, ədəbiyyatdan uzaq olmaq heyvanlar aləminə yaxınlaşmaq və heyvanlaşmaqdır:

“Çünki heyvanlar bu dəyərlərdən uzaqdırlar. İslam, iman, əxlaq, elm saqqalın uzunluğu ilə ölçülmür. Nə də günahdan, pislikdən uzaq olmaq şalvarın qısalığı ilə ölçülmür. Bəlkə iman, əxlaq və elm mərifətin, mənəvi zənginliyin, ədəbi – mədəni maarifçiliyin çoxluğu ilə ölçülür…

Fars ideologiyasını din kimi, ərəb adətlərini də şəriət kimi qəbul edən cəmiyyətin nicatı yoxdur.

Din insanları cəhalətdən xilas etmək üçün gəlir, cəhalətə yuvarlamaq üçün deyil…”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu