Xəbərlər

İranın taleyi Türkiyə ilə bağlıdır – ŞƏRH

İranın taleyinə Türkiyə kontekstindən kənar baxılmır. Yəni, İran fars rejiminin taleyi bir başa Türkiyə illə bağlı məsələdir. Qərbdən, xüsusən də ABŞ və İsraildən İrana qarşı ritorik müharibə təhdidinin real tətbiqi heç vaxt inandırıcı olmayıb. Bu günə kimi tətbiq edilən müxtəlif əhəmiyyətsiz zərbələr İranın düşmən statusunu-obrazını qorumağa xidmət edib.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Onun sözlərinə görə Türkiyənin regional səviyyədən qlobal güc kimi inkişafı İranın əhəmiyyətini daha da artırıb.

“Ona görə də İranın nüvə proqramı ilə bağlı ciddi vurulma ehtimalı yoxdur və olmayıb da.

ABŞ prezidenti Donald Tramp, İran nüvə silahından imtina edərsə, İranla razılaşmaya hazır olduğunu bildirib. Bəlli idi ki, son nəticədə İranla razılaşma əldə olunacaq. Belə gediş yekunda, İranın nüvə silahına yiyələnməsinə gətirəcək. Dünyada yeni düzənin formalaşdığı prosesdə İran da təyinatından çıxmaq niyyətini gizlətmir.

İranla nüvə proqramı üzrə razılaşma əldə olunarsa hansı ki, ehtimal yüksəkdir, bu Tehranın nüvə proqramına son verəcəyi demək deyil. İranın nüvə silahından, nüvə proqramından imtinası indiki fars molla rejiminin hakimiyəti dövründə yox, Tehranda siyasi rejimin dəyişdirilməsindən sonra mümkündür”, – ekspert deyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu