Xəbərlər

İranın quru qoşunları ABŞ-a başağrısı olacaq… – Ekspert

ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar artıq 27-ci günüdür ki,davam edir.Müharibədə hələ ki, qalib tərəf yoxdur,baxmayaraq ki, ABŞ bu günlər ərzində 8 dəfə qalib gəldiyini elan edib.

Sosdem.az xəbər verir ki, bunu Oxu24.com-a Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, İranın havadan müdafiə sistemi, onun hərbi dəniz donanmaları, aviasiya parkı, raket sisteminin qurğularının müəyyən hissəsi sıradan çıxarılsa, hərbi sənaye zavodları vurulsa da, ancaq göründüyü kimi rejim yerindədir:

“Diplomatik danışıqlar da gedir. Əgər ABŞ ilə İran arasında Pakistan vasitəsilə keçirilən danışıqlar müsbət nəticə verməsə, ABŞ Xarq adasına quru qoşunları yeritməklə Hörmüz boğazında azad naviqasiya tətbiq etmək üçün əməliyyatlar başlaya bilər. Tebii ki, İsraili də burada ABŞ-ni təhrik edir. Amma İranın quru qoşunları var və kifayət qədər güclüdür. Bu ABŞ üçün ciddi başağrısı yarada bilər.Mən demirəm ki, İran qalib olar”.

MCP rəsmisi qeyd edib ki, Amerika üçün bu qələbənin mənfi nəticələri də ola bilər:

“Hələ ki danışıqlar gedir, danışıqlarla bərabər İrana qarşı bombardman həyata keçirilir.Hətta BƏƏ də Hörmüz boğazının azadlığı üçün koalisiyaya qoşulmaq niyyətindədir

Ümumilikdə vəziyyət çox həssasdır. Danışıqlar davam edir, amma eyni zamanda İrana qarşı bombardmanlar da aparılır. Əgər diplomatik yol nəticə verməsə, hadisələr daha genişmiqyaslı hərbi qarşıdurmaya çevrilə bilər”.

Bir cavab yazın

Back to top button