Xəbərlər

İranın İsrail üzərində üstünlüyünə imkan verməzlər – ŞƏRH

İsrail-İran qarşıdurmmasında Tehranın qalib çıxma ehtimalı belə yoxdur. Bunun həm hərbi-texniki, həm də siyasi-idealoji əsasları var. Təxmin edildiyi kimi, İsrailin İran üzərində hərbi-texniki və kəşfiyat üstünlüyü ortadadır. Əlbəttə ki, ABŞ və Böyük Britaniyanın hər tərəfli real dəstəyi və razılığı olmadan İsrailin geniş əməliyyata başlaması mümkünsüz idi. İrana heç bir müsəlman ölkəsinin real dəstək verməməsi və Tehranın da ABŞ-nin regiondakı müttəfiqlərinə qarşı heç bir hərbi əməliyyat keçirməməsi, qarşı tərəfdə təkcə İsrailin olmamasının sübutudur. Bu, İsrail-İran qarşıdurmasının hərbi-texniki tərəflərdir və İranın nisbi də olsa üstünlüyü mümkün deyil.

Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavvini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Ekspertin sözlərinə görə, əgər proses bir müddət davam edərsə, İranda Xamneyinin hakimiyyətdən uzaqlaşdırılması, rejim dəyişkiliyi gözləniləndir:

“Onda İranın parçalanma ehtimalı da yüksəkdir, ancaq sonra yarana biləcək milli dövlətlərin siyasi perespektivləri, regionun siyasi arxitekturası Qərb, xristian mərkəzlərini narahat edir və istənilən nəticələrə əminlik yoxdur. İranda rejim dəyişikliyinə gedilə bilər, ancaq Qərb üçün İranın parçalanması arzuolunan variant deyil. Məsələ elə burasındadır ki, regionda yeni siyasi mənzərə, sübyektlər Qərbin daimi maraqlarına mane ola bilər. Ən əsası isə, İranın parçalanması Azərbaycan və Türkiyənin daha da güclənməsi, böyüməsi üçün geniş imkanlar vəd edir. İranda rejim dəyişikliyi ilə bağlı Qərb dairələrində fikir ayrılığı regionun nəzarətdən çıxması, bəzi dövrlərin daha da güclənməsi ehtimalına söykənir. Ancaq ki, Qərbdə bəzi dairələrə İran ərazisində müstəqil kürd dövlətinin yaranması maraqlı ola bilər.

Böyük Britaniyanın isə digər dövlətlərdən tam fərqli olaraq, diplomatik nümayəndə heyətini, vətəndaşlarını İrandan təxliyə etməməsi ilə bağlı rəsmi açıqlaması, İsrail-İran savaşının nəzarətdə olmasına sübutdur, həm də İranda mümkün siyasi dəyişiliklər fonunda proseslərə daha operativ müdaxilə imkanından irəli gəlir”.

Qarşıdurmada İranın İsrail üzərində fərz edilən hərbi üstünlüyünə gəldikdə isə politoloq bildirib ki, heç şübhəsiz görüntü də olsa islam ölkəsi kimi Tehranın Tel-Əviv üzərində üstünlüyü siyasi-idealoji baxımdan Qərb üçün qətiyən yolverilməz variantdır:

“Əgər İran İsraillə qarşıdurmadan müəyyən uğurla belə çıxarsa, İranın regionda dağıdıcı fəaliyyəti genişlənə, ambisiyaları arta bilər. Həmçinin, İranın İsraillə münaqişədə müəyyən uğur sonluğu Rusiyanın, Çinin, Şimali Koreyanın və sair bəzi dövlətlərin siyasi-idealoji dayaqlarını gücləndirə bilər. Rusiya prezidenti Putinin də tərəflər arasında vasitəçilik cəhdinin səbəblərindən biri də budur. İsrail-İran arasında real vasitəçilk imkanlarında Azərbaycanın təsiri əhəmiyyətli ola bilər və İran tərəfinin Azərbaycan prezidenti İlham Əliyevə belə bir müraciəti barədə məlumatlar da var. Türkiyə prezidenti Ərdoğan da tərəflər arasında vasitəçilik istəyini bildirib, ancaq İsrailin Türkiyənin vasitəçiliyini qəbul etməsi müəmmalıdır.

İranın uğur sonluğu real nəticə gözləntisi kimi deyil, teorik fərziyyələr kimi müzakirə edilir. Artıq, İran Qərbin tələblərinə tabe olması ilə bağlı diplomatik gedişlərlə başlayıb. İrana qarşı prosesin tezlikdə dayandırılması, razılaşmanın əldə olunması hələ inandırıcı görünmür. Ancaq, İsrail-İran qarşıdurması səbəbindən dünya iqtisadiyyatında enerji daşıyıcılarının qiymətinin artması savaşın dayandırılması üçün şərtə çevrilə bilər”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu