Xəbərlər

İranın Azərbaycan siyasəti öz əleyhinə işləyəcək – Politoloq

İranın Suriyada, Livanda və Yəməndə siyasi-hərbi mövqeyi planlı şəkildə sıradan çıxarılır. Növbəti mərhələdə İran rejiminin devrilməsidir. Vaxtilə ABŞ sabiq prezidenti C.Buşun Rusiya, Şimali Koreya və İranı nəzərdə tutaraq “Şər üçbucağı” elan etdiyi bloka qarşı həmlələr reallaşıb. Məhz bu blokun üzvü olan İran Yaxın Şərqdə öz qürubunu yaşayır.

Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə Trampın yenidən prezident seçilməsi, Tehran rejimi üçün çətin proseslərin başlanmasıdır:

“Ötən gün Baydenin “İranın nüvə obyektlərinə zərbə endirilməməsin” tapşırığı da növbəti mərhələdə “endirilsin” siyasətin tərkib hissəsidir. Bir növ İranın hərbi və nüvə mərkəzləri hədəf halına gətirilir.

İranin Livanda “Hizbullaha” maliyyə və logistika dəstəyi də kəsilir. Tehranın göndərdiyi Təyyarənin Livan təhlükəsizlik orqanları tərəfindən yoxlanışa məruz qalması, tapılan pulların Livan hökumətinə qalacağı vurğulandı. Livan hökuməti İranla əməkdaşlığa son verməsi, Tehranın Aralıq dənizinə çıxışının qarşısını aldı. Tehran rejimi Yaxın Şərqdə siyasi-hərbi təsiri fiaskoya uğrayır. İrana qarşı hərbi əməliyyatlar istisna deyil. SEPAH mövqeyi kifayət qədər zəifləyib. İran özünü “doğrultmaq” üçün Azərbaycanı hədəf seçib”.

Politoloq qeyd edib ki, SEPAH-ın Azərbaycan və Türkiyəni hədəfə gətirməsi ölkə daxilində yeni parçalanmaya gətirib çıxara bilər:

“Azərbaycan İrandan gələ biləcək təhlükələrə hazır olmalı və təhlükəsizlik tədbirlərinin artırmalıdır. Türkiyə ilə Azərbaycan kordinasiya çalışaraq Tehrana xəbərdarlıq yenidən etməlidir.

Tehran rejimi Azərbaycanın Türkiyə ilə Suriyada əməkdaşlıq etməsini və Ermənistanla münasibətlərin normallaşması istiqamətində müsbət irəliləyişlərdən narahatdır. Həmçinin “Zəngəzur” dəhlizinin açılmasının reallaşmasını qəbul etmək istəmir.

Demək olar ki, yeni geosiyasi nizam İran rejiminin əleyhinə işləyir. Qonşularla normal münasibətlər qurmaması, Azərbaycan və Türkiyə qarşı düşmənçilik fəaliyyəti Tehran rejimini təkləyir. Halbuki, molla rejimi Azərbaycan və Türkiyə ilə normal əlaqələr qurardısa, bu ölkəyə artan təzyiqlər fonunda İslam dünyasında İrana dəstək verilə bilərdi”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu