İranı MOSSAD-ın SEPAH-ı vurdu… – Ekspert

İranın təhlükəsizlik strukturunun 24 saatda çökməsi, İsrailin kəşfiyyat sisteminin içərisinə daxil olması, sistemin paralel idarəçiliyinin nəticəsidir. İran prezidenti islahatçı Pezeşkian xarici və daxili siyasətdə islahatlara getməyə çalışdı.
Amma, SEPAH prezidentin siyasətini sabotaj edərək idarəetməyə imkan vermədi. Pezeşkian nüvə danışıqlarına gedib, Qərblə normal münasibətlərin qurulmasına çalışdı. Mühafizəkar dairə isə ona təzyiq etdi. Hətta ana dilində danışmağa icazə vermədi.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.
Şərhçinin sözlərinə görə İran daxilində iki hakimiyyətlik hökm sürür:
“Məhz idarəçilikdə ikitirəlik və fikir ayrılıqları, İsrailin-MOSSAD-ın SEPAH və ETTALAT daxilinə sirayət etməsinə gətirib çıxardı. Məhz İran generallarının öldürülməsi SEPAH yüksək rütbəli əməkdaşlarının MOSSAD-la əməkdaşlığının nəticəsidir.
Məhz İsrail kəşfiyyatı SEPAH yüksək rütbəli əməkdaşlarının pul qarşılığında əməkdaşlığa cəlb etməklə, hazırkı əməliyyatları yüksək səviyyədə təşkil olundu. Qeyd edim ki, ötən il Xamneinin sədrliyi ilə SEPAH yüksək rütbəli əməkdaşlarının gizli iclasının stenoqramı yayılmışdır. SEPAH üzvüləri maaşın azlığından və xidmətin çətinliyindən, qurum daxilində ədalətsizliyin hökm sürməsindən şikayət edirdilər. Əməkdaşların xidmətdən yayındığını qeyd edirdilər. Xameneidən maaşların artırılmasını və ədalətsizliyə son qoymasını istənilirdi.
İran öz zəif tərəfini bilirdi. Amma, aradan qaldırmadı. Təbii ki, bu boşluğu görən İsrail boş oturmadı, SEPAH əməkdaşlarını MOSSADA yüksək məvaciblə “işə” götürdü. Bu da nəticəsi”.
