İran düşmənçiliyə, Ermənistan sülhə can atır – AÇIQLAMA

İranın Ermənistandakı səfiri Mehdi Sübhani birbaşa erməni müxalifətinin dili ilə danışır. Onun mövqeyi birbaşa İran Azərbaycan əlaqələrinin normallaşmasını sabotaj edir. Sübhani İsrail PUA-nın guya Azərbaycandan İranı vurduğunu qeyd edib.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqanın müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, rəsmi Bakı bununla bağlı İran xarici işlər nazirliyindən izahat tələb etməlidir:
“Hazırda İran zəifləmiş və “qüruru” sındırılmış, öz daxili problemlərinə çəkilmiş dövlətdir. Sübhani 12 İyundan sonra, İranın İsrail qarşısında məğlub olduğunu anlamaq istəmir. İran mühafizəkar sistemi Güney Azərbaycan faktoruna görə Azərbaycan Respublikasını hədəf almaqdan çəkinmir. İranın “Səhər TV” kanalı bu fonda Azərbaycana qarşı informasiya müharibəsi aparır”.

Ekspert vurğulayıb ki, İranın Ermənistandakı səfiri Azərbaycana qarşı düşmən münasibət sərgiləyir:
“Amma, səfiri olduğu ölkənin baş naziri Nikol Paşinyan Azərbaycanla normallaşma prosesinə can atır.
Azərbaycan İran tərəfinə belə səfirin geri çağırılmasını tələb etməlidir. İran tərəfi regionda öz siyasətində korrektlər etmək istəyirsə, Sübhanini səfir vəzifəsindən azad etməlidir”.