İmişli seçicisi Razi Nurullayev haqqında nə düşünür?
Milli Cəbhə Partiyasının başqanı, 81 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.
Deputatlıq təbliğat-təşviqat kampaniyası çərçivəsində deputatlığı zamanında olduğu İmişlini qarış-qarış gəzən namizəd hər yerdə xüsusi sayqı, sevgiylə qarşılanır. Rayon sakinləri Razi Nurullayevin deputatlıq dövründəki fəaliyyətini yüksək dəyərləndirdiklərini bildirirlər.
Belə görüşlərdən birində kənd sakini bildirib ki, İmişli camaatı bu günə kimi Razi Nurullayev kimi çalışqan deputat görməyib:
“Razi bəy sağ olsun tək şəhid və qaziləri yox, kəndlərdə hüzr düşən ailələri yoxlayır. Mən özüm Birinci Qarabağ müharibəsi iştirakçısıyam qaziyəm. Anam rəhmətə gedəndə Razi bəy şəxsən özü gəlib mənim anamın hüzr mərasimində iştirak edib. Mən bir vətəndaş kimi onun bu diqqətini yüksək dəyərləndirirəm. Sağ olsun ki, Qarabağ qazilərini, şəhid ailələrini, ümumilikdə bütün İmişli camaatına can yandırır. Dərdimizə şərik olur. Bizim üçün bu çox böyük şeydir. Çünki bu günə qədər biz İmişlidən seçilən deputatlardan belə diqqət və qayğının şahidi olmamışdıq. Belə bir millət vəkilimiz olmamışdı.
Başqa bir kənd sakini vurğulayıb ki, dəyərli insanlara dəyər vermək lazımdır:
Hansı deputat Razi Nurullayev kimi kənd-kənd gəzib, həyətlərə girib, insanlarla tək-tək maraqlanıb, camaatın güzəranı ilə, problemləri ilə məşğul olub? Yalnız Razi bəy tərəfindən gördük bu diqqət və qayğını. Dəyərli insanlara dəyər vermək bizim borcumuzdur. Bizə dəyər verən insanların hər zaman arxasında durmalıyıq. Bütün qazilər, şəhid ailələri, o cümlədə İmişli kəndlərində rayonun özündə yaşayan insanların hər biri bu qayğını görüb. 44 günlük müharibədə hamımız bir olub balalarımızı döyüş bölgəsinə göndərdik. Niyə? Çünki Ali Baş Komandana inanırdıq və biz onun arxasında dayandıq. İndi də biz İmişli sakinləri olaraq millət vəkilimiz Razi Nurullayevin arxasında olacağıq”.
Qeyd edək ki, sentyabrın 1-i Azərbaycanda parlament seçkiləridir.