Xəbərlər

İmişli seçicisi Razi Nurullayev haqqında nə düşünür?

Milli Cəbhə Partiyasının başqanı, 81 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.

Deputatlıq dövründə olduğu kimi, təbliğat-təşviqat kampaniyası çərçivəsində də rayonu küçə-küçə, kənd-kənd, ev-ev gəzən namizəd hər yerdə xüsusi rəğbət, hörmətlə qarşılanır. İmişli sakinləri görüşlər zamanı Razi Nurullayevin deputatlıq dövründəki fəaliyyətini yüksək dəyərləndirirlər.

Müxtəlif görüşlərdə İmişli sakinlərinin Razi Nurullayev haqqında fikirlərini, namizədlə seçici arasında maraqlı dialoqları sizə təqdim edirik:

Seçici: “Mən bir Azərbaycan vətəndaşı olaraq sizdən ürəkdən razıyam və fəxr edirik. Fəxr edirik ki, kəndimizdən belə bir oğul çıxıb. Milli Məcilisdə hər dəfə danışanda adamın ürəyindən tikan çıxarırsınız. Çünki həqiqətləri deyirsiniz. Allah sizə ömür və can sağlığı versin ki, irəliləyək”.

Seçici: “Mən şəxsən əmiliklə deyə bilərəm ki, hər bir şəxsə fərdi yanaşmısınız var. Mənim avtomobilim müharibə döründə əlimdən alınmışdı. Sizin köməkliyiniz nəticəsində avtomobilim mənə geri qaytarıldı”.

Razi Nurullayev: “Müdafiə Nazirliyinə zəng vurdum ərizə ilə müraciət etdim. Bir az gec həll olunsa da əsas odur həllini tapdı. Ümumiyyətlə bu günə kimi Müdafiə Nazirliyinə hansı problemlə bağlı müraciət etmişiksə gec-tez həll olunub. Buna görə də təşəkkürümüzü bildiririk. 200-dən çox qazi və müharibə itirakçılarının medalları verilməmişdi. Bu məsələ ilə bağlı da Müdafiə Nazirliyinə müraciət etmişdik və müsbət cavab almışıq. Siz də çox sağ olun ki, bunu qiymətləndirirsiniz”

Seçici: “Razi Nurullayev hər zaman elin-obanın yanında olan, səsini, sözünü çatdıran deputatdır. Çətin problemlərimizdə hər zaman yanımızda olub. Buna görə də xalq da həmişə sizin yanınızda olacaq”.

Seçici: “Bu yaxın günlərdə Masallı rayonunda oldum. Təsadüfən hər rayondan söhbət açıldı. Fikir verdim ki, Masallı camaatı da Razi Nurullayevi çox yaxından tanıyırlar. Razi bəyin bizim bağda etdityi çəkilişdən danışdılar. Açığı mənim həmin gün Razi bəyin bizə gələcəyindən xəbərim yox idi. Tamamilə təsadüf nəticəsində baş tutan bir görüş idi. Razi müəllim də kasıb zəhmətkeş ailədən çıxdığı üçün xalqın problemlərinə həssaslıqla yanaşır. İmişlidə çox deputat olub. 5-6 dəfə seçilən millət vəkilləri olub, amma üzlərini də görüməmişik. Ona görə də cani dildən böyükdən kiçiyə qədər hər kəs Razi Nurullayevə yenidən səs verib seçməyə hazırdır. Bizə başqa millət vəkili lazım deyil. İmişli camaatının həmişə dayağı olmusunuz. Bütün rayonlardan dost-tanışlar zəng vurub deyir ki, halal olsun sizin deputata”.

Razi Nurullayev: “2020- ci ildən deputat olduğum gündən bəri camaatın içində olmuşam. Ona görə də xalqın içində alnı açıq gəzirəm. Ümumiyyətlə bu günə qədər kimin nə problemi varsa hər zaman qabartmışam. Eyni zamanda zəhmətkeş insanları cəmiyyətə təqdim edirəm. Həmin insanlar da görür ki, dövlət də, deputat da onun zəhmətini qiymətləndirri yanındadır və onunla fəxr edir. Məsələn mən dünən Xəlfəli kəndində qarpız-yemiş sahəsində oldum. Səxavət adlı bir oğlandır. Sən demə 44 günlük müharibədə iştirak edib qazi olub. Gözəlk bir qarpız yemiş bostanı salıb. Məhsulu da boldur. Bu mənim üçün fəxrdir. İmişli camaatı yaxşılığı itirmir. Bəzən etdiklərimi özüm də xatırlamıram, amma insanlar bunu mənə deyirlər və bu mənə də xoş gəlir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu