İlin yekun iclası keçirildi – MCP

Milli Cəbhə Partiyası 2025-ci ilin yekun iclasını keçirib.
İclasda partiya başqanı, deputat Razi Nurullayev, İdarə Heyətinin üzvləri, yerli təşkilat sədrləri və partiya rəsmiləri iştirak ediblər.
Toplantıda çıxış edən Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev ölkədə və dünyada baş verən ictimai-siyasi proseslərə toxunub, mövcud vəziyyətlə bağlı partiyanın mövqeyini diqqətə çatdırıb. O, regional və qlobal çağırışların Azərbaycana mümkün təsirləri barədə fikirlərini bölüşüb.
Deputat çıxışında ölkənin sosial-iqtisadi durumuna da geniş yer ayıraraq, vətəndaşları narahat edən əsas problemlərdən danışıb. Razi Nurullayev müxtəlif sahələrdə mövcud olan çatışmazlıqlara diqqət çəkib, sosial rifahın yüksəldilməsi, məşğulluq, qiymət artımı və əhalinin gündəlik qayğıları ilə bağlı məsələlərin aktuallığını vurğulayıb.
İclasda çıxış edən digər iştirakçılar da öz bölgələrində müşahidə olunan sosial-iqtisadi problemləri səsləndirib, vətəndaşların üzləşdiyi çətinliklər barədə məlumat veriblər. Təşkilat sədrləri və partiya fəalları tərəfindən partiya rəhbərliyinə ünvanlanan suallar ətrafında fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.
Sonda partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri, təşkilati məsələlər və aktual problemlərin həlli yolları müzakirə olunub.


