Xəbərlər

İki qardaş minaya düşdü, biri şəhid oldu… – Deputat şəhid ailəsi ilə görüşdü

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev Şəhid Yusif Əhmədovun bacısı Aynur Əhmədova və qardaşı, mina qurbanı Asif Əhmədovla görüşüb.

MCP sədri onların şəhid qardaşlarına qəhrəmanlıq adının verilməsini istədiklərini bildirib:

“Şəhid Əhmədov Yusifin bacısı Aynur Əhmədova və qardaşı mina qurbanı Asif Əhmədov.

Asif qardaşı Yasın ilə Füzulidə minaya düşüb. Yasin həlak olub. Qardaşı Yasınə kömək etmək istəyən Asif də minaya düşür.

Ailə faciəsi. Bir qardaş şəhid, bir qardaş mina qurbanı, sağlamlığını itirmiş şəxs.

Şəhid bacısı və qardaşı xahiş edirdi ki, şəhid qardaşlarının göstərdiyi igidliyə görə ona qəhrəman adı verilsin. Bu məsələ ilə çox müraciət alıram. O proses necə olmalıdır və müraciəti kim etməlidir qaydalarını izah etdim. Şəhidin 4 övladı da qalıb. Allah gələcəklərini xöşbəxt eləsin”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu