Xəbərlər

“Hörümçək toru” Putin iqtidarını parçalayır – ŞƏRH

Ukrayna xüsusi xidmət orqanlarının Rusiyanın dərinliklərində həyata keçirdiyi “Hörümçək toru” əməliyyatından sonra, Krım körpüsunü partlatması Putinin şəxsi nüfuzuna, hakimiyyətinə böyük zərbədir, Rusiya lideri üçün çox çətin sınaqdır.

Zatən 4 ilə yaxın Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibənin gedişi, müharibə öncəsi rəsmi Moskvanın anonsunun tam əksinə olan nəticə Rusiyanın qlobal hərbi güc mifini məhv edib.

Bu fikirləri Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov bildirib.

Politoloq deyib ki, Zelenski Putin üçün siyasi rəqib yox, nifrət bəslədiyi şəxsi düşmənidir:

“Zelenski öz dirənişi ilə Rusiyanın qlobal hərbi güc mifini məhv edib, acizliyini ortaya çıxarıb, Rusiya dövlətinin, imperiyasının mövcudluğuna real təhlükə yaradıb. Putin Zelenskiyə o qədər nifrət edir ki, son əməliyyatlardan sonra onu terrorçu adlandırıb, bundan əvvəl isə onun legitimliyini inkar edirdi.

Hansı ki, sözü gedən əməliyyatlardan əvvəl Putin özü Türkiyə prezidenti cənab Ərdoğandan Rusiya-Ukrayna müharibəsində vasitəçiçiyini xahiş etmişdi və tərəflərin görüşü, müzakirəsi mümkün görünürdü. Zelenskinin də İstanbula danışıqlara gələn nümayəndə heyyətini axmaq adlandırması əslində, danışıqları əhəmiyyətsiz göstəemək idi ki, Putinin hakimiyyətinə təzyiq daha da güclənsin”.

Ekspertin sözlərinə görə Ukraynanın Rusiyaya qarşı son uğurlu, əhəmiyyətli və hətta müharibənin gedişini dəyişən əməliyyatı Putin iqtidarına qarşı daxildən də təzyiqləri artırıb:

“Xüsusən də, “hörümçək toru” əməliyyatından sonra Putinin Zelenskini terrorçu adlandırması cənab Ərdoğanın vasitıçiliyi ilə mümkün görünən atəşkəsə, barış prosesinə əngəl olub. Heç şübhəsiz ki, Putin komandasında fikir ayrılığı dərinləşir. Rusiyanın neft ixracı ilə bağlı sanksiyalar müzakirə edilir. Rəsmi Moskvadan Ukraynanın keçirdiyi əməliyyata “qisas qaçılmazdır” reaksiyası isə, onu daha çox İrana oxşardır. Bu da onu göstərir ki, Putin üçün hakimiyyətini qorumaq çox çətinləşib”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu