Xəbərlər

Heç bir səbəb insan, uşaq itkisinə haqq qazandıra bilməz – Razi Nurullayev YAZIR

Qəzza və Livandakı qaçqınların faciəli hekayələri mənə müharibələrin, ərazi münaqişələrinin insani dəyərlərə vurduğu dağıdıcı zərəri xatırladır. Biz bunu 1988-ci ildən 2020-ci ilədək ərazilərinin 20%-i Ermənistan tərəfindən işğal edilən Azərbaycanda, vətənimizdə yaşadıq.

Orada yaşananlar, Qəzzada, Livanda müharibədən qaçan minlərlə qaçqın yaşadıqları Qarabağın Ermənistan tərəfindən işğalı zamanı evini, ata-baba yurdunu tərk etməyə məcbur olan 1 milyon azərbaycanlı qaçqının faciəsini, əzabını əks etdirir.

Bu insanlar- ailələr, uşaqlar, yaşlılar onilliklər boyu davam edən münaqişələrin atəşi, əsarəti, zülmü altında qalıblar. BMT-nin məəəlumatına görə İsrailin Livanı eskalasiyasından və İranın İsrailə raket hücumundan sonra 200,000 qaçqın Livanı, evlərini, yurdlarını tərk edib.

Biz bu müharibələri birmənalı şəkildə pisləməliyik. Zorakılıq yalnız ayrılıqları dərinləşdirir, iztirabları uzadır, günahsız mülki insanları daimi qorxu və qeyri-müəyyənlik içində yaşamağa məcbur edir. Heç bir səbəb insan itkisinə, uşaq ölümünə, ailələrin, evlərin dağılmasına, cəmiyyətlərin məhv edilməsinə haqq qazandıra bilməz.

Sülh yeganə doğru yoldur. Təəssüf ki, dünya iki yerə bölünüb, bir çox ölkələr beynəlxalq hüquq normaları və dinc dünya nizamı ilə maraqlanmır.

Mən bu gün dialoq və diplomatiyanı güllə, bomba, güc, zorakılıq vasitəsilə aparan böyük ölkələr görürəm.

Unutmayın, hər bir münaqişənin arxasında həyatları sonsuz savaşlarla deyil, dinc gələcəyə, xoşbəxtliyə, rifaha, sülhə ümidlə müəyyən edilməli olan insanlar dayanır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu