Bunlar vətəndaşın həyatını ağırlaşdırmaqdır – Deputat

İnsanlar evlərində hazırladıqları məshulları azad şəkildə satmağı bacarmalıdır.
Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deyib.
Millət vəkili qeyd edib ki, kəndlərdə yaşayan bir çox insanın dolanışığı orqanik məhsullarla bağlıdır:
“İnsanlar bu məhsulları aparıb restoranlara satmaq istəyir. Lakin restoran buna görə ciddi şəkildə cərimələnir. Prosedur var ki, aparıb onları baytarlıqdan keçirməli, labarotoriyada yoxlatdırmalıdır və sairə. Hansı kəndli evindəki 10 dənə bankasını gedib yoxlatdıracaq?! Bunlar vətəndaşın həyatını ağırlaşdırmaqdır. Biz bununla bağlı mütləq şəkildə tədbir görməliyik. Mən razıyam, bəli, turşudan zəhərlənmələr ola bilər. Amma insanlar evlərində hazırladıqları məshulları azad şəkildə satmağı bacarmalıdır”, – MCP başqanı əlavə edib.
