Xəbərlər

“Hamıya oğru kimi baxırlar…” – Deputat məmurları qınadı

Vəzifəyə təzə təyin olunan məmur “kreslo”suna çatar-çatmaz qılıncını çəkib düşür işçilərin üstünə ki, “ərizəni yaz, səninlə işləyə bilməyəcəyik”. Ədalət naminə deməliyəm ki, hər məmur belə deyil, amma var.

Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Milli Mıclisdə çıxışı zamanı deyib.

Millət vəkili təəssüflə qeyd edib ki, pensiya yaşına çatmasına az qalmış dövlət qulluqçusunun işdən çıxarılmasına cəhdlər də olur.

“Hamıya oğru kimi baxırlar. Təbii ki, qanun pozuntusuna yol verən şəxslərin işinə xitam verilməsi başadüşüləndir. Toxunduğum məsələ isə əsas vəzifə postlarının boşaldılmasına məcburetmə və ətraflarına dostlarının, yaxınlarının yığılmasıdır. Bu qəbuledilməzdir və belə hallara birdəfəlik son qoyulmalıdır”, – MCP başqanı deyib.

Deputat sonda narahatlığı nəzərə alaraq bu işlərə nəzarət etmək və təkliflər hazırlamaq üçün Parlament Komissiyasının yaradılması imkanlarının nəzərdən keçirilməsini xahiş edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu