Xəbərlər

Hərbi-iqtisadi təzyiqlər Rusiyanı atəşkəsə məcbur edə bilər… – Ekspert

ABŞ Rusiyanın neft-qaz şirkətlərinə sanksiyalar tətbiq edib. Bu sanksiyalar noyabrın 24-də qüvvəyə minəcək. Rusiya prezidentinin köməkçisi Uşakov, Putin və Tramp arasında görüş keçiriləcəyini qeyd edib. Putin çalışacaq ki, Trampla yenidən görüş keçirsin. Təmas Xəttində Rusiya kifayət qədər itkilər verir. Moskvanın strateji obyektləri Ukraynanın hədəfindədir.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, Trampın Mərkəzi Asiya ölkələrinin liderlərini Vaşinqtona dəvət etməsi, Rusiya üçün mənfi iqtisadi perspektivlər vəd edir:

“Bu ilin axırına kimi Rusiya cəbhə xəttində irəliləyişlər əldə etməsə, ABŞ sanksiyaları işə düşərsə, Putin qoşunların təmas xəttində atəşkəs razılaşmasına gedə bilər. Bu atəşkəsin Rusiya tərəfindən pozulub, hərbi əməliyyatların növbəti mərhələdə davam etməsi mümkündür. Rusiya rəhbərliyi Trampın sərt sanksiyalardan vaz keçməsinə, Ukraynaya raket göndərilməməsinə çalışır”.

Politoloq qeyd edib ki, Atəşkəsin əldə edilməsinə isə Avropa ölkələri razı deyil:

“Buna baxmayaraq bu atəşkəs yeni imkanlara yol aça bilər. Rusiya-Ukrayna müharibəsinin Cənubi Qafqaza və Mərkəzi Asiyaya ciddi təsirləri qalmaqdadır. Rusiyanın zəifləməsi fonunda hər iki region ölkəsi siyasətlərini ABŞ ilə kordinasiya edəcək. Bu da regionda yeni geosiyasi nizamın qurulması deməkdir”.

Bir cavab yazın

Back to top button