Xəbərlər

Füzuli Böyük Qayıdışın ən parlaq mərkəzinə çevrilib… – Deputat

Füzuli Şəhəri Gününü böyük qürur və fəxarət hissi ilə qeyd edirik.

Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev Füzuli Şəhəri Günü münasibətilə füzulililəri və bütün Azərbaycan xalqını təbrik edərkən bildirib.

“Füzuli bu gün sürətlə bərpa olunur və Böyük Qayıdışın mərkəzinə çevrilir”

Millət vəkili işğaldan azad edilmiş Füzulinin bu gün yeni inkişaf dövrünü yaşadığını vurğulayıb:

“30 illik həsrətə son qoyan Füzuli əməliyyatı 44 günlük Vətən müharibəsinin strateji və hərbi baxımdan ən mühüm zəfərlərindən biridir. Bu gün Füzuli sıfırdan, müasir standartlara uyğun şəkildə yenidən qurulur. Beynəlxalq Hava Limanı, yeni yaşayış kompleksləri, infrastruktur layihələri və qardaş ölkələrin dəstəyi ilə ucalan sosial obyektlər Füzulinin sürətli dirçəlişinin bariz nümunəsidir.

Doğma yurdlarına qayıdan həmyerlilərimizi, bütün Füzuli sakinlərimizi və xalqımızı bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, torpaqlarımızın azadlığı uğrunda canından keçən azadlıq fədailərimizi, şəhidlərimizi dərin ehtiramla anır, qazilərimizə şəfalar diləyirəm.

Füzuli Şəhəri Günümüz mübarək olsun!”

Bir cavab yazın

Back to top button