Xəbərlər

Fransa və Türkiyə Cənubi Qafqazda toqquşa bilər – Politoloq

Prezident İlham Əliyev Fransanın Ermənistana verdiyi silahları Azərbaycan üçün təhlükə sayıldığını vurğuladı. Ermənistanın silahlandırılması sülhə açıq təhdid olduğunu açıq şəkildə vurğuladı. Verilən hücum silahları birbaşa Azərbaycana qarşı hərbi təcavüzə sövq edirlər. Ermənistanın silahlandırılması, regionda yeni eskalasiyaya gətirib çıxaracağı mümkün görünür.

Bunu Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Ermənistanın son davranışları sülhdən imtina etdiyini göstərir:

“Prezident İlham Əliyev N. Paşinyanla Kazanda iki təklifin Ermənistan tərəfindən qəbul edildiyini qeyd etdi. N. Paşinyanın son günlər sülh iddialarına prezident İlham Əliyev tutarlı və arqumentli cavab verərək, Ermənistanın sülhdə maraqlı olmadığını ortaya qoydu. Göründüyü kimi Yerevan sülhdən imtina edir. Birinci, “Müstəqillik” Bəyannaməsindən Azərbaycana qarşı ərazi iddialarını çıxarmır. İkinci, Avropa İttifaqının yarım hərbi mülki missiyasıni sərhəddən geri çəkmir. Halbuki, Kazanda bununla bağlı razılıq əldə olunmuşdu. Üçüncü, Beynəlxalq Məhkəmədə qarşılıqlı olaraq bir-birlərinə qarşı iddialardan geri çəkilir. Amma, Ermənistan sürətlə silahlanır və masada qalan bəndləri yerinə yetirmir. Amma, sülhdən danışır”.

Politoloqun sözlərinə görə, Fransa Yerevanı sülhdən yayındırır:

“Ermənistan silahlanib, əlavə şərtlər irəli sürərsə, Azərbaycan tərəfi preventiv addımlar ata bilər. Proseslərə Türkiyənin qoşulması mümkündür. Çünki Türkiyə region ölkəsidir və növbəti eskalasiya Ermənistan üçün ərazi itkilərinə məruz qala bilər. Artıq Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Zəngəzur dəhlizinin açılmayacagını vurğuladı. Fransa və Türkiyə Cənubi Qafqazda toqquşa bilər”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu