Xəbərlər

“Fransa Azərbaycan ərazisində seperatizmi dəstəkləyir” – DEPUTAT

Fransa Prezidenti Emmanuel Makron səfirlər konfransında çıxışı zamanı bildirib ki, “Ermənistana münasibətdə Rusiya müttəfiqlik əlaqələrinə dəyişiklik edərək, Azərbaycanın fəaliyyətini dəstəkləyib”. O, həmçinin qeyd edib ki, “Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb. Bizim beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyimizi anlamayan Azərbaycan bununla məsələni həll etdiyini düşünür”.

Bəs görəsən bu açıqlama nə dərəcədə həqiqəti əks etdirir?

Mövzu ilə bağlı son.xeber.az-a danışan Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib ki, Makronun dedikləri həqiqəti əks etdirmir:

“Əslində minsqrupun həmsədri Fransa, ABŞ və Rusiya olub. Onlar qərarları birlikdə qəbul ediblər və münaqişənin həllini 30 gün gecikdiriblər. Bu onların birgə səyinin nəticəsində əmələ gəlib. Minsqrup Fransa, Rusiya, Amerika daxil olmaqla həmişə Ermənistanın tərəfini saxlayıb. Onlar açıq şəkildə bunu dilə gətirməsələr də, əməlləri ilə göstərməsələr də, bu açıq-aydın sezilib.

44 günlük müharibə zamanı da biz minsqrup həmsədr ölkələrinin Ermənistanın tərəfini tutduğunun şahidi olduq. Rusiya üzərindən Ermənistana silahlar daşınırdı. Onlar öz İskəndər raketini Ermənistana vermişdilər və həmin raketlərlə Azərbaycana atəş açılırdı. Bu baxımdan Rusiyanın Azərbaycana bağlanması qəbul edilən deyil. Fakt ortadadır. Azərbaycan öz ərazisində vuruşub. Torpaqlarımız işğal olunub və təəssüflər olsun ki, bu müddət ərzində Fransa Ermənistanın işğalçılıq siyasətini pisləməyib”.

Deputat bildirib ki, Əgər doğurdan da Fransa beynəlxalq hüquqa hörmət edirsə, birinci növbədə Ermənistanın işğalçılıq siyasətini pisləməli, Azərbaycanın ərazi bütövlüyünü tandığını və hörmət etdiyini bildirməli idi:

“Ermənistana təzyiq göstərməli, yerindən-yurdundan didərgin düşən 1 milyon insanın haqqında da danışmalı və onlara yardım göstərməli idi. Amma təəssüflər olsun ki, Fransa bunun əksini etdi.

Bütün bunlara görə, Fransa prezidentinin bu tip açıqlamaları da mən deyərdim ki, iki ölkə arasında münasibətləri daha da gərginləşdirəcək. Hərçənd, Azərbaycanla Fransa arasında çox gözəl münasibətlər, əməkdaşlıq olub. Dostluq meyilləri ildən-ilə güclənib. Amma indi Fransa Azərbaycan ərazisində seperatizmi dəstəkləyir. Onlar Ermənistanı haqsız müdafiə edirlər.

Azərbaycan isə Fransanın müstəmləkəsi olan ölkələrin azad və müstəqil dövlət olma istəyini dəstəkləyir. Bunda beynəlxalq hüquqa zidd heç nə yoxdur”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu