Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası – ŞƏRH
“Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiya demakrasiya prosesi, anklavlar, sülh müqaviləsinin əksər hissəsi üzrə razılaşmalar var. Razılaşdırılmamış bir neçə məsələ qalıb.
Bunu Editor.az-a açıqlamasında siyasi analitik Məhəmməd Əsədullazadə deyib.
Siyasi analitik bildirib ki, bunlardan biri Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları, Qarabağın Ermənistan ərazisi kimi təsvir edilməsi məsələləridir:
“Bu isə sülhə mane olan faktlardır. Azərbaycan prosesdə haqlı tərəfdir. İndiki halda Ermənistanda hakimiyyət dəyişərsə, Azərbaycanla Ermənistan arasında sülhü tanımaya və bunun Ermənistan Konstitusiyasına zidd olduğunu bildirə bilər.
Ermənistan Konstitusiyasını dəyişməli, həm Türkiyə, həm də Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı bəndləri çıxartmalıdır. Hələ göründüyü kimi, hakimiyyət daxili publikadan qorxaraq bu addımı ata bilmir. Əgər Ermənistan tərəfi gələn il Müstəqillik Bəyannaməsindən Azərbaycana qarşı ərazi iddialarını çıxararsa, sülh müqaviləsi imzalanacaq. Türkiyə tərəfi də Ermənistandan bunu tələb edir”.