Xəbərlər

Ermənistanda “kilsə” qalib gəlsə Azərbaycanla razılaşmaları ləğv edəcək

Rusiya Yerəvandakı səfrini məhz Ermənistanın dörd kəndi Azərbaycana qaytardığı gün geri çağırması təsadüfi deyil.

Bunu Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə Rusiya Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqların əleyhinə olub və sülhə mane olub:

“Məhz dörd kəndin Azərbaycana qaytarılması, Rusiyanın Ermənistanada uzun illər həyata keçirdiyi anti-Azərbaycan siyasətinin fiaskosudur.

Moskva Kilsəni önə verməklə sərhədlərin delimitasiya və demarkasiyasını bəhanə gətirərək, Ermənistanda kütləvi etiraza nail ola bilmədi. Əgər, Kilsə etirazla ciddi nəticə əldə etsəydi, Azərbaycanla razılaşmalar ləğv ediləcəkdi.

Paşinyanın kilsəyə açıq hücum edəcəyini elan etməsi, Rusiyanı ötən gün üstüörtülü şəkildə ittiham etməsi, tərəflər arasında böhrana gətirib çıxardı. Paşinyan Rusiyanın səfirini geri çağırmasında məmnundur. Nikol KTMT-dən və MDB-dən çıxa bilər. Ermənistan Rusiya əlaqələrinin böhranı regionumuz üçün təhlükəsiz bir mühit formalaşdırır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu