Ermənistan bu sənədlə bağlı Azərbaycanın razılığını alıb? – ŞƏRH

Xəbər verdiyimiz kimi, Ermənistan Xarici işlər naziri Ararat Mirzoyanla ABŞ Dövlət katibi Marko Rubio Zəngəzur dəhlizinin (TRİP) marşrutunun açılmasının rəsmiləşdirilməsi istiqamətində birgə Bəyannamə imzalayıb. ABŞ TRİP marşrutunda 74%, Ermənistan 26% paya sahib olacaq.
Sosdem.az xəbər verir ki, bu istiqamətdə Hafta.az-a açıqlama verən Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, Vaşinqtonda imzalanmış bəyanata Azərbaycanın strateji qələbəsi demək olar:
“Ermənistan uzun müddət “Zəngəzur” dəhlizinin açılmasına qarşı çıxıb. Hazırda isə dəhlizin açılması üçün ABŞ-la ikitərəfli müqavilə imzalayır. Bu sənəd Ermənistana məhz Rusiyanın təsir və təzyiqlərinin neytrallaşdırılmasına da gətirib çıxaracaq. Təbii ki, Ermənistan bu sənədi Azərbaycanla razılaşdırıb. Rəsmi Bakının icazəsi olmadan rəsmi Yerevan Vaşinqtonla belə bir bəyanat imzalaya bilməzdi”.

Ekspert qeyd edib ki, son günlər Rusiya Zəngəzur dəhlizi ilə bağlı mövqeyini ortaya qoymuşdu:
“Hətta bu dəhlizin Rusiyanın Sərhəd qoşunlarının məsuliyyət zonasında olduğu vrğulanır və Moskvanın icazəsi olmadan layihənin icrası qeyri-mümkün hesab edilirdi. Vaşinqtonda bəyanatı seçkilər öncəsi Paşinyan bununla mövqeyini gücləndirmiş oldu. Çünki, müxalifət “Zəngəzur” dəhlizinin Azərbaycana güzəştə getdiyini ortaya atmışdı. Amma, Vaşinqtonda imzalanmış ikitərəfli Bəyanat belə bir iddialarım üzərindən xətt çəkdi. Həmçinin burada ərazilərin Ermənistanın yuridiskiyasında olduğu təsbit olunub. ABŞ şirkətləri Zəngəzurda təmir-tikinti işlərinə cəlb olunacaq. Ermənistanın planı da məhz bundan ibarətdir. Çünki yolun təmiri üçün maliyyə lazımdır”.