Xəbərlər

Ermənistan Azərbaycanla sülhdə maraqlı deyil – Politoloq

Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqda maraqlı deyil.

Bunu Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə Musavat.com-a deyib.

O bildirib ki, Məhz cənab Prezident İlham Əliyev bununla bağlı arqumentləri ortaya qoyub:

“Birinci, konstitusiyanın əsaslandığı müstəqillik bəyannaməsindən Azərbaycana qarşı ərazi iddiaları – Qarabağın “Ermənistan ərazisinə aid olduğu” barədə bənd çıxarılmalıdır. İkinci, Ermənistan Minsk Qrupunun buraxılmasına getməlidir. Üçüncü, Avropa İttifaqının yarımhərbi, mülki missiyasının sərhəddən geri çəkilməsinə qərar verilməlidir. Dördüncü, qarşılıqlı olaraq beynəlxalq məhkəmədə iddialardan geri çəkilməkdir. Ermənistan bunların heç birinə əməl etmir. Bir tərəfdən də Fransa və Hindistan tərəfindən hücum silahları ilə silahlanır. Göründüyü kimi, dildə sülh, realda isə müharibə hazırlığı aparır. Ona görə də Ermənistanın hazırkı siyasəti sülhdən uzaqlaşmaq və revanşizm siyasətini davam etdirməkdir”.

M.Əsədullazadə qeyd edib ki, Paşinyan sülhdən danışsa da, Azərbaycanın təkliflərini qəbul etmir və Fransanın təlimatı ilə hərəkət edir:

“Göründüyü kimi, Ermənistan rəhbərliyi sülhdə maraqlı deyil. Əgər hazırkı siyasət davam edərsə, eskalasiya mümkün görünür. Burada əsas məsuliyyət Ermənistan tərəfinin üzərindədir. Odur ki, rəsmi İrəvanın sülh müqaviləsini uzatmaq və əlavə şərtlərlə çıxış etmək, hərbi təhdidlərə əl atmaq kimi planlarını istisna etmirəm”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu