Erməni terrorçulara azadlıq tələbi siyasi şoudur – Ekspert
Azərbaycanın COP-29 qlobal beynəlxalq tədbiri keçirmək ərəfəsində bir sıra Avropa ölkələrinin, xüsusən də Fransa mətbuatının Azərbaycana qarşı qarayaxma kampaniyasına təkcə Azərbaycan-Ermənistan kontekstindən baxmaq doğru deyil.
Bunu Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Vüqar Dadaşov deyib. O, bildirib ki, özəlliklə Makron Fransası siyasi məğlubiyyətin isterikasındadır:
“Əlbəttə ki, erməni terrorçularının Azərbaycan tərəfindən azad edilməsi üçün irəli sürülən tələblərin özü – özlüyündə icrası mümkün deyil, çünki həmin şəxslər Azərbaycana qarşı ən ağır kateqoriyalı cinayətlər, müharibə və insanlıq əleyhinə cinayətləri törədib və barələrində cinayət təqibi prosesi gedir və prosesə hər hansı bir şəkildə müdaxilə mümkün deyil. Bu realllq da bütün dünyaya, o cümlədən Avropa ölkələrinə, Fransaya çılpaqlığı ilə məlumdur. Ancaq tələbin icrası mümkünsüz olduğu halda, Azərbaycanda həbsdə olan erməni terrorçularının azad edilməsi tələbi ancaq siyasi şou, siyasi ajiotaj yaratmaqdır”.
Ekspert vurğulayıb ki, digər tərəfdən Azərbaycanda həbsdə olan terrorçuları məsələsinin COP-29 tədbiri öncəsi qabardılması Azərbaycana qarşı təzyiq cəhdi, həm də Ermənistanda Azərbaycana qarşı revanşist meyillərinn gücləndirilməsinə hesablanıb:
“Ermənistan Azərbaycan arasında yeni müharibənin nəticəsinə görə Rusiyanın Ermənistandakı dayaqlarına mənfi təsiri edəcəyi məlumdur. Bu halda, Azərbaycana qarşı qarayaxma kompaniyasının COP-29 tədbiri ilə əlaqəsi, ancaq ondan diqqəti cəlb etmək üçün istifadə edilməsidir. Azərbaycana erməni terrorçularının azad edilməsi ilə bağlı təzyiq, Fransa başda olmaqla Qərbin Cənubi Qafqazda oturuşması, Rusiyanın Cənubi Qafqazdan çıxarılması ilə bağlı planlara xidmət edir. Qərb bu vəziyyətdə Paşinyandan daha operativ hərəkət tələb edir.
COP-29-dan Azərbaycana qarşı hər hansı bir şəkildə təzyiq kimi istifadınin təsiri yoxdur. Fransanı bu prosesdə də öndə görünməsi, Fransanın, Makron hakimiyətinin Azərbaycana qarşı həm siyasi-diplomatik və hərbi müstəvidə uduzduğundan düşdüyü isterik halın nəticəsidir. Avropanın, və xüsusən də Makron Fransasının Azərbaycana qarşı heç bir təsir imkanları yoxdur.
Makronun yeritdiyi “siyasət” onu, Fransanı daha da Azırbaycan qarşısında aciz duruma salacaq, siyasi rüsvay edəcək. Onsuz da heç bir niyyətinə nail ola bilməyən Fransa, sonda Azərbaycan höküməti ilə münasibəti düzəltmək üçün addımlar atmaq məcburiyətindədir”.