Xəbərlər

Ermənistan sülh müqaviləsində başqa bir ölkənin qarant olmasını istəyir – Politoloq

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün münbit siyasi ortam var.

Milli Cəbhə Partiyası (MCP) başqanının müavini, politoloq Məhəmməd Əsədullazadə də bu fikirdədir. O, bildirdi ki, hazırda iki ölkə arasında vasitəçisiz danışıqlar gedir:

“Bu, Azərbaycanın təklifidir. Azərbaycan Almatı Bəyannaməsi ilə razılaşdı. Dörd kənd danışıqlarla verildi. Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı mümkün danışıqlara da hazırdır. Bu mənada Ermənistanın bəhanəsi qalmayıb. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək. Azərbaycan növbəti dəfə sülh təkliflərini verib. Tərəflər ikitərəfli sülh təkliflərini verməklə müəyyən etimad formalaşmasına gətirib çıxarır. Cənab Prezident İlham Əliyev prosesi uğurla davam etdirir. Qazaxıstanda danışıqlarda baza sənədinin imzalanması müzakirə edilə bilər”.

M.Əsədullazadə ümid edir ki, COP29-a kimi bu çərçivə sazişi imzalana bilər:

“35 sərhəd dirəyi razılaşdırılıb. Bu, çox uğurludur. Qərb də buna dəstək verib. Sadəcə, Ermənistan tərəfi sülh müqaviləsində qarant ölkə olmasını istəyir. Azərbaycan buna ehtiyac olmadığını vurğulayıb. ABŞ burada maraqlıdır. Amma buna getmək lazım deyil. Sənəd iki ölkə arasında bağlanır. Ermənistan tərəfi konstitusiyanı dəyişməlidir. Vaxtı uzatmaq Ermənistanın əleyhinə işləyir. Ortada ciddi problem yoxdur baza sənədinin imzalanması üçün. Ermənistan qarşıdakı aylarda referenduma gedib, yeni konstitusiya qəbul edərək Qarabağ və digər ərazi iddialarından geri çəkiləndən sonra sülh müqaviləsi bağlana bilər. Təbii ki, bu da gələn ilin əvvəllərində reallaşa bilər”.

Politoloq qeyd etdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan qarant ölkə məsələsinə son qoymalıdır:

“İlk öncə konustitusiya dəyişməlidir, Zəngəzur yolu açılmalıdır! Həmçinin anklav kəndlərlə bağlı real mövqe ortaya qoymalıdır. Cənab Prezident Ermənistana mesaj verdi ki, sözdən əmələ keçmək lazımdır. Ermənistan hakimiyyəti bundan nəticə çıxarmalıdır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu