Xəbərlər

Erkən nikahın əsas səbəbi cahillikdir – Deputat

Cahil insanlar öz övladlarını tez bir zamanda ərə verməklə, sanki ondan qurtulmaq yolunu tuturlar.

Bunu erkən nikahlar problemindən danışan Milli Cəbhə Partiyasını başqanı, deputat Razi Nurullayev deyib.

Millət vəkilinə görə, erkən nikahın ən ciddi səbəblərindən biri cahilliklə bağlıdır:

“Elə valideynlər olur ki, hər hansı ailə ilə qohum olmaq istəyir və o ailəyə elçi düşür. Burada hər iki tərəfin günahı var. Düşünürəm ki, bu, həddi-büluğa çatmamış, yəni ki, qanunla qadağan olunmuş yaşda qız uşaqlarına elçi gedən tərəfin də ciddi məsuliyyətidir. Bunu da mən cahillik sayıram. Yetkinlik yaşına çatmayan qızını tez ərə verərərk başından edən valideyni də anlaya bilmirəm. Hər iki tərəfi şiddətli şəkildə qınayıram”, – MCP başqanı bildirib.

Razi Nurrullayev qeyd edib ki, qanunvericiliklə bağlı, əslində, bütün addımlar atılıb:

“Söhbət burda qanundan getmir. Qanunun tətbiqindən gedir. Xeyli də bu cür hadisələrin qarşısı alınıb. Kimsə yetkinlik yaşına çatmayan qızla evlənibsə, artıq şadlıq sarayı belə məsuliyyət daşıyır. Yəni, dövlət bununla bağlı olan bütün addımları atıb. Hüquq -mühafizə orqanları da bu məsələlərə göz yummurlar. Amma yenə də kimlərsə gizli yollardan istifadə edib evlənirlər”, – deputat deyib.

Partiya başqanı hesab edir ki, xüsusən bu, kənd yerlərində baş verir və qız uşaqları təhsildən yayındırılır.

“14-15 yaşında qız da artıq düşünür ki, mən oxumayacamsa, professor olmayacam, sənətim yox, təhsilim yox. Bu adam artıq nə haqda düşünsün? Ancaq cehiz və evlənmək haqqında düşünür. İstəyir ki, ev-eşiyi, gözəl qazancı olan ağ atlı oğlan gəlsin. Azərbaycan, türk seriallarında gördüyü həyata nəsib olmaq istəyir. Hərçənd ki, seriallarda olan həyat heç ən zəngin insanların da həyatında yoxdur. Hər bir kəsin özünə görə problemi var. Filmlərdə olan həyat real həyatda yoxdur. Təəssüflər olsun ki, seriallarda görülən həyat gənc qızların başını döndərməyə nail olub”, – millət vəkili qeyd edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu