Xəbərlər

Dini konfessiyaların xarici təsirlərə düşməməsi üçün… – Dinşünas

Azərbaycanda dini qurumların səmərəli və sağlam fəaliyyəti üçün hər il dövlət maliyyə yardımı göstərir, Prezident bununla bağlı müvafiq Sərəncam imzalayır. Bu il də eyni qaydada yenə mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi, dinlərarası həmrəyliyin daha da inkişaf etdirilməsi, dini maarifçilik işinin müasir tələblərə uyğun aparılması, eyni zamanda mənəvi-əxlaqi dəyərlərin təbliğinin gücləndirilməsi məqsədi dini qurumlara maddi vəsait ayrılacaq.

Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, dünşünas Tural İrfan deyib.

İlahiyyatçı qeyd edib ki, bu bir çox yöndən müsbət haldır:

“Dini qurumların, dini konfessiyaların xarici təsirlərə düşməməsi, asılı olmaması üçün fəaliyyət göstərdiyi dövlətin yardımını alması labüddür. Tolerantlığın inkişafı, dinlərarası münasibətlərin, həmrəyliyin, harmoniyanın inkişafı naminə dini qurumlara dəstək lazımdır”. 

MCP rəsmisi dövlət-din münasibətlərinin yüksək səviyyədə təşkili, inkişafı, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətə faydalı olması istiqamətində işlərin görülməsi üçün də yardımın önəmli olduğunu söyləyib:

“Dövlət başçısının dövlət-din siyasəti dünyada nümunə olacaq nəticələr verir. Artıq Azərbaycandakı dini tolerantlıq nümunələri başqa ölkələrin məktəbinə çevrilir, öyrənilir. Dinlər və məzhəblərarası tolerantlıq, ümumbəşəri-insani dəyərlər, humanizm, mənəvi-əxlaqi irsimizin bəxş etdiyi ənənələrlə vəhdət təşkil edərək örnək bir nümunə meydana gətirir. Bir çox yönlərdən dini qurumlara göstərilən bu qayğı, diqqət, maddi dəstək öz faydasını verir. Bu, eyni zamanda gələcəkdə də daha səmərəli işlərin görülməsinə vəsilə olacaqdır”.

Bir cavab yazın

Back to top button