Dini forum işini yekunlaşdırdı
Dekabrın 23-də Bakıda “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan Din Xadimlərinin Forumu işini yekunlaşdırıb.
Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan da forumda iştirak edib.
Forumda “Dünyəvi dövlətdə dini təhdidlər: siyasi-ideoloji baxış”, “Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu”, “Azərbaycan multikulturalizmi: təcrübə, ənənə və müasir çağırışlar” və “Dünyəvi dövlətdə dini təhsil modelləri: nəzəriyyə və praktika” mövzularına həsr olunan panel sessiyalarda müzakirələr aparılıb.
Dini təhdidlər haqqında cəmiyyətin məlumatlandırılması, dini maarifləndirmə prosesində din xadimlərinin rolunun artırılması, eyni zamanda dini icmaların və din xadimlərinin fəaliyyəti, qarşılaşdıqları çətinliklər barədə rəy və təkliflərin öyrənilməsi məqsədilə keçirilən Foruma respublikamızın müxtəlif bölgələrindən fərqli dinlərə mənsub 100-dən çox din xadimi, İslam və qeyri-islam dini icmalarının rəhbərləri qatılıb.
Forumun sonunda panellərin moderatorlarının iştirakı ilə müzakirələrə yekun vurulub.