Xəbərlər

Deputatdan uşaq intiharlarına qarşı HƏYACAN SİQNALI

İmişlidə 2010-cu il təvəllüdlü, 9-cu sinif şagirdi Mütəllimova Türkan Fariz qızı özünü asaraq intihar edib.

Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Türkanın ailəsini ziyarət edib.

Millət vəkili belə halların artdığına diqqət çəkərək uşaqların psixoloji durumuyla yaxından maraqlanmağın vacibliyini vurğulayıb.

“Heç bir valideynə övlad itkisi qismət olmasın.

Atasi Fariz deyir ki, qızı zaman-zaman özünə qəsd etməyə cəhd edib. Evdə, məktəbdə problemi olmayıb. Gözəl rəsmlər çəkib. Rəsmləri gördüm və inanılmaz idi. Amma, dərdini başa düşə bilməyiblər. Artıq eyni məktəbdən və kənddən ikinci uşaqdır ki, özünü asır.

Uşaqların söhbət edə biləcəyi, ürəyini aça biləcəyi şəxslər lazımdır və məncə məktəblərdə uşaqların psixoloji vəziyyətinə diqqət artırılmalıdır. Çünki, sosial şəbəkələr ucbatından uşaqlara təzyiqlər var, lazımsız bilgilər əldə edirlər, təsir altına düşürlər. Hərçənd ki, atası uşaqlarına “smart” telefon almayıb və onları uzaq tutmağa çalışıb.

Fariz kişinin düşdüyü vəziyyət məni çox üzdü. Övlad itkisi ağır bir faciədir”, – R.Nurullayev deyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu