Xəbərlər

Deputatdan “Brüssel”ə çağırış: “Ədalətin yanında olun…”

Mən sizin şərhlərinizi oxudum, cənab Ali Nümayəndə və açıq-aydın görünür ki, sizin mesajınız auditoriyada rezonans doğura bilməyib. Bu, sizin və Brüsseldəki həmkarlarınızın ikili standartlardan imtina etməsi üçün kritik bir həyəcan siqnalı olmalıdır. Hətta erməni şərhçilərin də sizin tvitinizdən narazıdırlar. Onlar gözləyirdilər ki, siz Azərbaycana hücumlarınızı davam etdirəsiniz və hər zamankı kimi Ermənistanı öz hekayənizə əlavə edəsiniz”.

Bunu Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrelin “X” hesabında Azərbaycanla bağlı yazdığı şərhə cavabında deyib.

Deputat nümayəndəyə səslənərək bildirib ki, “siz Qarabağdakı ermənilərin problemlərini ardıcıl olaraq işıqlandırarkən, 30 illik işğala və bir milyona yaxın azərbaycanlı məcburi köçkün və qaçqının acınacaqlı vəziyyətinə məhəl qoymadığınız zaman Azərbaycanla Brüssel arasında məsələ kəskinləşdi”:

“Unutmayaq ki, ermənilər Qarabağdan könüllü olaraq, rahat avtobuslarda gediblər. Bundan fərqli olaraq, azərbaycanlılar isə çıxılmaz, ağır şəraitdə Qarabağı və ətraf rayonları tərk etməyə məcbur oldular. Onların əzabları başa düşürsənmi? Onlar şaxtalı qışın ortasında, ayaqyalın, ac qaçdılar. Minlərlə insan erməni silahlı birləşmələrindən və separatçı qruplaşmalardan qaçarkən dağlarda, meşələrdə həlak oldu.

Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz suverenliyini təsdiq etmək üçün öz ərazisini haqlı olaraq işğaldan azad edib və bununla bağlı BMT-nin dörd qətnaməsini yerinə yetirib.

Bəs cavabınız nə oldu? Siz Ermənistanın baş nazirini dəvət etdiniz və ona 2,5 milyard avro vəd verdiniz. Cənab Ali Nümayəndə, bura Azərbaycanın ərazisidir – onun 20%-i otuz il ərzində işğal altında olub, xarabalığa çevrilib. Daş daş üstə qalmayıb. Azərbaycan ümumi zərərin heyrətamiz bir trilyon dollar olduğunu təxmin edib. Səkkiz şəhər və 300-ə yaxın kənd Xirasima kimi viran qalıb. Siz bu reallığı hamıdan yaxşı bilirsiniz.

Lüksemburqdan 4 dəfə böyük olan bu ərazi bir milyon insanın öz evlərinə qayıtmasını təmin etmək üçün geniş rekonstruksiya tələb edir. Bundan əlavə, bu ərazi 300 nəfərin həyatına son qoymuş və hələ də davam edən bir milyondan çox mina ilə doludur. İkili standartları və ədalətsiz davranışları davam etdirməkdənsə, Azərbaycanı müdafiə edərdiniz, kömək edərdiniz.

MCP başqanı ali nümayəndəyə səslənərək, fəaliyyətlərinin Ermənistanla Azərbaycan arasında sülhə, insan haqlarına və demokratiyaya töhfə vermədiyini deyib:

“Siz deyəsən bu mübahisəli məsələnin arxasında gizlənirsiniz, səhvən onun hər hansı konstruktiv məqsədə xidmət etdiyinə inanırsınız.

Əgər həqiqətən kömək etmək və mənalı nəticələr əldə etmək istəyirsinizsə, ritorikanızı və yanaşmanızı dəyişdirməlisiniz. Hörmət göstərin və ədalətin tərəfində möhkəm dayanın. Yalnız ədalətli hərəkətlər və davranışlar sayəsində müsbət nəticələr gözləyə bilərik”.

Qeyd edək ki, deputatın ali nümayəndəyə ingilis dlində yazdığı cavab Azərbaycan dilinə tərcümə edilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu