Xəbərlər

Deputat xaricdə təhsilə pul ayrılmasına qarşı çıxdı – “Yerli təhsilə diqqət…”

Dövlətin xaricdə təhsil almaq üçün 9 min tələbə üçün büdcədən 570 milyon manat vəsaitin ayrılmasının əleyhinəyəm.

Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev parlament komitələrində 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Deputat xaricdə təhsil alan tələbələrin effektiv işini ancaq tibb sahəsində gördüyünü qeyd edib:

“Amma digər ixtisaslar üzrə təhsil alanların səmərəliliyini görməmişəm. Hesab edirəm ki, ancaq zəruri ixtisaslar üzrə təhsilə vəsait ayrılmalıdır”.

MCP başqanı əlavə edib ki, xaricdə təhsilə vəsait ayrımaqdansa, ölkədə ali təhsilə diqqət yetirilsə daha yaxşı olar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu