Xəbərlər

Deputat tıxaclardan şikayətləndi: “İnsanlar gərginlik içindədir”

“Şəhərdə tıxaclar ciddi problem yaradır. Hər gün, bəzən isə bir neçə saat yollar tıxac səbəbindən bloklanır və bütün vətəndaşlarımız bu vəziyyətdən əziyyət çəkir”.

Sosdem.az xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib:

Millət vəkili insanların yollarda çox əziyyət çəkdiklərini vurğulayıb:

“Özüm də avtomobillə hərəkət edərkən görürəm ki, yollarda qalan insanlar gərginlik içindədir: bəziləri gecikir, bəziləri tələsir, bəzilərinin isə xəstə yaxınları var. Nəticədə heç kim vaxtında işinə, evinə çata bilmir.

Son dövrlərdə hətta mən qatıldığım toplantılara belə gecikmişəm. Bilirəm ki, bu, ağır və mürəkkəb məsələdir, amma mütləq bir həlli tapılmalıdır”.

MCP başqanı qeyd edib ki, adiyyatı dövlət qurumları bu məsələ üzərində düşünməli və konkret addımlar atmalıdır:

“Hökumət bu mövzuda iclas keçirərək təşəbbüslər müəyyən etməli və vəziyyəti heç olmasa bir qədər stabilləşdirməlidir”.

Bir cavab yazın

Back to top button