Xəbərlər

Deputat TIXACLAR barədə – Boru basdırmaq bu qədər çəkir?

Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev sosial şəbəkədə paylaşım edərək tıxac probleminə toxunub.

Millət vəkili bildirib ki, Keçən payız Sumqayıt-Bakı yolunda sıxlıq Xırdalan qəbiristanlığı və ya ekoloji postun yanında başlayırdı. Bu il isə…

“Bu il sentyabrda isə az qala Mühəndislik Universitetinin yanında başlayır. Şəhər ətrafında yaşayanlar üçün şəhərə gəlmək böyük problemdir.

Binəqədi yolundan da keçmək mümkün deyil.

İki aydır ki, yol qazılır, amma bir türlü başa çatdırılmır. Bir km yolu qazıb kanalizasiya borusu basdırmaq bu qədərmi çəkməlidir?

Nəqliyyat və yol ilə bağlı işlər görülür, məncə işlərin daha da sürətlənməsinə və 24 saatlıq iş rejiminə keçməsi lazımdır ki, layihələr daha tez bitsin.

Düşünürəm ki, 10-15 sentyabrdan sonra daha ağır vəziyyətlə üz-üzə qalacağıq”, – MCP başqanı qeyd edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu