Xəbərlər

Deputat Razi Nurullayev İmişlidə şəhid ailələrini, vətəndaşları ziyarət edib – FOTOLAR

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev İmişliyə növbəti səfərini edib. Səfər zamanı deputat vətəndaşları, şəhid ailələrini ziyarət edib, yas, xeyir mərasimlərində iştirak edib.

Razi Nurullayev Kürdmahmudlu kəndində Adilə ananın vəfatı ilə bağlı yaxınlarını ziyarət edərək başsağlığı verib.

MCP sədri Xəlfəli kəndində dünyasını dəyişən Dünyaxanım ananın yaxınlarını ziyarət edərək başsağlığı verib.

Deputat Xəlfəli kəndində Münəzzər ananın vəfatı ilə əlaqədar yaxınlarını ziyarət edərək başsağlığı verib.

Millət vəkili Qulubəyli kəndində Tamaşa ananın vəfatı ilə əlaqədar oğlanlarını ziyarət edərək başsağlığı verib. Qeyd edək ki, Tamaşa ana Azərbaycanın Milli Qəhrəmanı İmamverdi Əliyevin xalasıdır.

Partiya sədri Şəhid Əlnur Gülalıyevin qardaşı Elnurun nişan məclisində iştirak edib.

Razi Nurullayev Sumqayıtda yüksək gərginlikli xətti təmir edərkən baş verən faciədə həlak olan 1985-ci il təvəllüdlü Nicat İbadət oğlu Mehbalıyevin yas mərasimində iştirak edərək yaxınlarına başsağlığı verib. Qeyd edək ki, mərhumun iki övladı var.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu