Xəbərlər
Deputat Razi Nurullayev İmişlidə qəbul keçirib – FOTO

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev İmişlidə vətəndaşlarla görüş keçirib.
“İmişlidə qəbul keçirdim, vətəndaşları qəbul edib dinlədim. Haqsız şikayətçi olmadı. Hər kəsin özünə görə haqlı tərəfləri var. Elə bilirəm ki, bir çox məsələləri həll edə biləcəyik” – millət vəkili bildirib.
Qeyd edək ki, MCP başqanı mütəmadi olaraq İmişlidə rayon mərkəzində, kəndlərdə vətəndaşlarla görüşür.






