Xəbərlər

Deputat qəhrəmanların məzarlarını ziyarət etdi

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev II Fəxri Xiyabanda təyyarə qəzasında qəhrəmancasına həlak olan pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyevanın məzarlarını ziyarət edib.

MCP başqanı Hökümə Əliyevanın valideynləri, həyat yoldaşı və qohumları ilə görüşüb, onlara başsağlığı verib.

Xiyabanda jurnalistlərə açıqlama verən deputat bildirib ki, əgər pilotlara Dağıstan, Minvod ya da Nalçikdə hava limanına enməyə icazə verilsəydi, onda bütün sərnişinləri xilas etmək mümkün olardı:

“İstintaqdan sonra faktlar sübuta yetirilsə ki, onlara bu cür maneə törədilib, həmin şəxslərə cəza verilməyib və bu faktı gizlədib, onları öldürmək istəyiblər, o zaman Rusiya ilə Azərbaycan arasında münasibətlər gərginləşə bilər. Birbaşa 67 nəfəri ölümə göndərmək tamamilə humanizmdən kənar məsələdir.

Eyni zamanda 1-2 nəfəri cinayət məsuliyyətindən qorunmaq üçün 67 nəfəri ölümə göndərmək bağışlanmazdır”

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin cənazəsi bu gün İkinci Fəxri Xiyabanda son mənzilə yola salınıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu