ÇıxışlarXəbərlər

Deputat parlamentdə bir qrup zabit heyətini qəbul edib

Deputat parlamentdə bir qrup zabit heyətini qəbul edib

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev parlamentdə bir qrup zabit heyətini qəbul edib. Onlar 44 günlük müharibə dövründə döyüş bölgəsi ətrafında olub və müəyyən tapşırıqları həyata keçiriblər.

Deputat bildirib ki, zabitlər müharibə iştirakçısı hesab olunmadıqları üçün narazıdırlar:

“Bu məsələ ilə bağlı bizə çox müraciətlər daxil olub.

Danışdıq və müəyyən anlaşma əldə etdik ki, hansı xətt üzrə bu məsələ üzərində işləyək.

Sadəcə bir məqam: bu əsgər və zabitlər müharibədə iştirak etmək üçün səfərbərliyə cəlb olunub və müharibəyə qoşulma əmri gözləyib. Bəziləri bir neçə günlük və həftəlik hərbi tapşırıqlara göndərilib, amma qeyd edilməyib. Bunlar faktdır.

Səfərbərliyə cəlb edilən bu şəxslər 4-5 ay Qarabağ və ətrafında olub. Əgər, onlar lazım deyildisə, niyə o qədər hərbi hissələrdə saxlandılar? Yəni bunlar döyüş üçün səfərbər olunub və ailəsi ilə halallaşaraq şəhidlik yoluna çıxıb. Şükür Allaha ki, müharibə tez bitib, onların birbaşa döyüşə girməsinə də ehtiyac olmayıb, amma onlar daim müharibə ab-havasında yaşayıblar”.

“İştirakçı zabitlərdən biri dedi ki, futbol meydançasında 11 oyunçu olur, qalanları ehtiyat oyunçu skamyasında oturur. Komanda oyunu udursa ehtiyat oyunçular daxil hər kəs boynundan çempion medalı asır və pul mükafatı alır”, deyən MCP sədri, “Amma, meydanda olan oyunçular içindən isə yaxşı bombardır, müdafiəçi və hücumçu seçilir. Hərbiçilərin də məsələsi eynidir. Döyüşdə iştirak edənlər qəhrəman adı, medal və ordenlər alıb, həyatını itirənlər şəhid adı qazanıb.

Biz döyüşdə olmamışıq, orden və medal istəmirik. Müharibə iştirakçısı adı istəyirik.

Məncə haqlıdırlar!” – deyə bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu