Xəbərlər

Deputat İmişlini kənd-kənd gəzdi: Xalqın səsi eşidilməlidir… – Razi Nurullayev

İnsanlarla canlı təmas hər şeydən önəmlidir. Səsləri eşidilən, fikirləri dinlənilən cəmiyyət daha güclü olur…

Bunu Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev İmişli rayonunun müxtəlif kəndlərində seçicilərlə keçirdiyi silsilə görüşlərdən sonra bildirib.

Sosdem.az xəbər verir ki, deputat rayon sakinləri ilə birbaşa ünsiyyətdə olub, həm xeyir, həm də şər məclislərində iştirak edərək vətəndaşların qayğılarını yerində dinləyib.

Vətəndaşın yanında: “Həm sevincdə, həm də kədərdə”

Millət vəkili qeyd edib ki, millət vəkilinin əsas vəzifələrindən biri xalqın içində olmaq və onların həyatını yaxından müşahidə etməkdir:

“İmişlinin müxtəlif kəndlərində oldum, insanlarla birbaşa ünsiyyətdə oldum. Həm sevincdə, həm də kədərdə vətəndaşlarımızın yanında olmaq, onların həyatını yaxından görmək və dinləmək hər zaman önəmlidir. Yas məclislərində iştirak etdim, ailələrin dərdinə şərik oldum”.

Problemlər yerində dinlənildi

Görüşlər zamanı sakinləri narahat edən gündəlik məsələlər və gələcək gözləntilər müzakirə olunub:

“İnsanların gündəlik problemlərini, narahatlıqlarını və gözləntilərini yerində eşitdim. Bu görüşlər bir daha göstərdi ki, insanlarla canlı təmas hər şeydən önəmlidir. Səsləri eşidilən, fikirləri dinlənilən cəmiyyət daha güclü olur. Bizim məqsədimiz vətəndaşın səsini lazımi instansiyalara çatdırmaq və problemlərin həllinə nail olmaqdır”, – MCP başqanı deyib.

Bir cavab yazın

Back to top button