Xəbərlər

Deputat İmişlidə seçicilərlə görüşüb – FOTO

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev növbəti dəfə İmişlidə seçicilərlə görüş keçirib.

Səfər çərçivəsində millət vəkili fərdi evlərdə olub, vətəndaşları ziyarət edib və yas mərasimlərində iştirak edib. Görüşlər zamanı Razi Nurullayev bir sıra müraciətləri və şikayətləri dinləyib, problemlərlə bağlı qeydlər aparıb. O, qaldırılan məsələlərin həlli istiqamətində əlindən gələni edəcəyini vurğulayıb.

Qeyd edək ki, deputat mütəmadi olaraq İmişli rayon mərkəzində və kəndlərdə seçicilərlə görüşlər keçirir.

Bir cavab yazın

Back to top button