Xəbərlər

Deputat İmişlidə: Evlərdə oldu, yas məclislərində iştirak etdi

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev İmişli rayonunda növbəti görüşləri çərçivəsində seçicilərin evlərini ziyarət edərək onların gündəlik qayğıları, problemləri və təklifləri ilə yaxından tanış olub.

Sosdem.az xəbər verie ki, millət vəkili sakinlərlə səmimi söhbətlər aparıb, onları narahat edən məsələləri dinləyib və problemlərin mümkün həll yolları ətrafında fikir mübadiləsi həyata keçirib. MCP başqanı vətəndaşlarla təmasların əhəmiyyətini vurğulayıb:

“İmişli rayonunda növbəti görüşlərim zamanı seçicilərin evlərini ziyarət edərək onların gündəlik qayğıları, problemləri və təklifləri ilə tanış oldum. Səmimi söhbətlər zamanı vətəndaşları narahat edən məsələləri dinlədik, mümkün həll yolları ətrafında fikir mübadiləsi apardıq. Eyni zamanda, rayon sakinlərinin yas məclislərində iştirak edərək onların kədərini bölüşdüm, ailələrə başsağlığı verdim. Belə görüşlər həm insanlarla birbaşa təmasda olmaq, həm də onların hiss və düşüncələrini daha dərindən anlamaq baxımından mühümdür”.

Deputat bildirib ki, seçicilərlə davamlı ünsiyyətdə olmaq, çətinlikləri yerindəcə araşdırmaq və həlli istiqamətində real addımların atılması onun siyasi fəaliyyətində hər zaman əsas prioritet olaraq qalacaqdır.

Bir cavab yazın

Back to top button