Xəbərlər
Deputat daun sindromlu uşaqların sərgisini izlədi
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev daun sindromlu uşaqlar üçün təşkil edilmiş xeyriyyə tədbirində iştirak edib, onların əl işlərindən ibarət sərgini izləyib.
Deputat Founder Club və Founder Women Club təşkilatlarına dəvət və təşkilatçılığa görə təşəkkür edərək, belə tədbirlərin həssas qruplara böyük dəstək olduğunu vurğulayıb:
“Xeyriyyə tədbirində deputat həmkarlarım Məşhur Məmmədov və Ceyhun Məmmədov da iştirak edirdi. Təşəkkür edirəm.
Milan Hospitalın sahibi, iş xanımı Xuraman Muradova da ciddi dəstək olub və təşəkkür edirəm.
Bu xəstəliyi bilirəm, çünki mənim qardaşım da bu xəstəlikdən əziyyət çəkir”.