Deputat beynəlxalq tədbirdə çıxış etdi: İnsan təhlükəsizliyi

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Polşada təşkil olunan beynəlxalq tədbirdə iştirak edir.
Sosdem.az xəbər verir ki, “PFCC Capstone 2025–Gdynia” adlı beynəlxalq konfransın İnsan Təhlükəsizliyi Panelində çıxış edən parlamentar öz məruzəsində bölgədə və dünyada formalaşan təhlükəsizlik çağırışlarını, həmçinin insan yönümlü təhlükəsizlik konsepsiyasının aktuallığını vurğulayıb.
Konfrans çərçivəsində Razi Nurullayevin məqaləsinin də daxil edildiyi kitabın geniş təqdimatı keçirilib. Nəşrdə müdafiə, təhlükəsizlik və humanitar sahələrlə bağlı mühüm mövzular əhatə olunub.
Millət vəkili çıxışında bildirib ki, qloballaşan dünyada beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, bilik və təcrübə mübadiləsi, eləcə də insan təhlükəsizliyi anlayışının daha yaxşı mənimsənilməsi xüsusi əhəmiyyət daşıyır.
Polşa Hərbi Dəniz Akademiyasının təşkil etdiyi tədbirdə müxtəlif ölkələrdən gəlmiş ekspertlər, mütəxəssislər və rəsmi nümayəndələr iştirak ediblər.





